Ərdoğandan CHP-yə: Çirkin kampaniyadır!

Ərdoğandan CHP-yə: Çirkin kampaniyadır!

Parlament seçkilərinin Cümhur İttifaqının zəfəri ilə bitməsi, prezident seçkilərində də açıq bir fərqin ortaya çıxması CHP sədrinin və onun rəhbərliyinin balansını tamamilə pozdu.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“CHP-nin siyasəti bir yana qoyaq, insani dəyərlərə də sığmayan hücumlarının şahidi oluruq. Onlar zəlzələ bölgəsinə göndərdikləri yardımı kəsməkdən tutmuş zəlzələ qurbanlarını otellərdən qovmağa qədər, hər cür vicdansızlıq nümayiş etdirirlər. Hələ sosial şəbəkələrdəki çirkin kampaniyalarını demirəm… Millətimizin və insanlığın ortaq vicdanını aşağı salmamaq başlıca vəzifəmizdir. İnşallah, dövlət-millət həmrəyliyi ilə yaralarımızı sağaldacağıq. Biz zəlzələdən sağ çıxanları nəzarətsiz qoymayacağıq və onların yanında olmağa davam edəcəyik”, – prezident bildirib.

Teqlər: