Ərdoğandan Bartın faciəsi ilə bağlı paylaşım

Ərdoğandan Bartın faciəsi ilə bağlı paylaşım

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın şəhərinin Amasra rayonunda mədəndə baş verən partlayışdan sonra başsağlığı verən dövlət rəhbərləri ilə bağlı paylaşım edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti öz Tvitter səhifəsində yazıb.

“Türk xalqı adından dövlət rəhbərlərinə və xalqlarına səmimi həmrəyliklərinə, Bartında yaşadığımız acıları bölüşdüklərinə görə minnətdarlığımı bildirirəm”, – deyə R.T.Ərdoğan bildirib.

Türkiyə prezidenti paylaşımında ​​Amasra faciəsi ilə bağlı türk xalqına başsağlığı verən ölkələrin və beynəlxalq təşkilatların bayraqlarından istifadə edib.

Teqlər: