Ərdoğan Yunanıstanın baş naziri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Yunanıstanın
baş naziri Kiriakos Miçotakisi qəbul edib.

AzerTimes-ın məlumatına görə, görüş zamanı iki ölkə lideri
ikitərəfli əlaqələrin vəziyyəti və inkişaf perspektivlərini, cari
geosiyasi prosesləri, o cümlədən Rusiya-Ukrayna müharibəsi və digər
məsələləri müzakirə ediblər.

Liderlər iki ölkənin və bütövlükdə regionun maraqlarına cavab
verən müsbət gündəliyin formalaşdırılmasının vacibliyini
vurğulayıblar.

Tərəflər dialoq kanallarını açıq saxlamaq və Türkiyə ilə
Yunanıstan arasında münasibətləri yaxşılaşdırmaq üçün addımlar
atmaq barədə razılığa gəliblər.