Ərdoğan və Rəisi Putinin təklifini qəbul etdi

Ərdoğan və Rəisi Putinin təklifini qəbul etdi

Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başa çatıb.

AzerTimes xəbər verir ki, görüşün sonunda birgə bəyannamə qəbul olunub.

Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir.

Tərəflər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qalır və hesab edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur.

İran və Türkiyə liderləri Putinin dəvəti ilə növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq veriblər.

Teqlər: