Ərdoğan, Putin Soçidə görüşdü

Ərdoğan, Putin Soçidə görüşdü

Rusiyanın Soçi şəhərində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüşü baş tutub.

Rusiya dövlət başçısı Soçiyə gəldiyi üçün Türkiyə prezidentinə təşəkkür edib: “Bizim görüşümüz iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə kömək edəcək”

Türkiyə prezidenti öz növbəsində bildirib ki, Moskva və Ankaranın birgə addımları Yaxın Şərqdə problemlərin həllinə kömək edəcək: “Bizim çiyinlərimizə çox ciddi bir vəzifə və cavabdehlik düşür. Mən əminəm ki, bizim birgə addımlarımız bütün regionun gələcəyini dəyişəcək ”

İki ölkə prezidentinin əsas müzakirə mövzusu Suriya məsələsi olacaq. Bundan əlavə, Putin və Ərdoğan Xan Şeyhuna kimyəvi hücumu və terrorizmlə birgə mübarizəni müzakirə edəcək. Həm də iki ölkə arasındakı ticarət məhdudiyyətləri barədə fikir mübadiləsi aparılacaq.