Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Avropaya qaz tədarükü ətrafında fikir mübadiləsi aparıb.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli ATV telekanalına müsahibəsində deyib.
“Bizim Azərbaycan qazı ilə bağlı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz xətləri də var. Bu məsələ ilə bağlı Azərbaycana son səfərimdə Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdim. Biz oralardan da alacağıq. Bunu TANAP-la alıb gücləndirəcəyik. Bundan başqa, depolama təsisatlarımızı quracağıq”, – dövlət başçısı bildirib.