Bakı-Quba-Rusiya yolunda avtomobil aşdı: yaralı var

Bakı-Quba-Rusiya yolunda avtomobil aşdı: yaralı var

Bakı-SDK (Bakı-Quba-Rusiya yeni avtomobil yolu) yolunda avtomobil aşıb, sürücü xəsarət alıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Xəqani Nəsib oğlu Həmidovun idarə etdiyi minik avtomobili yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona kəllə-beyin travması və bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: