Ərdoğan və Conson Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş
naziri Boris Conson ilə telefon danışığı aparıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Prezident Administasiyasının
İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün
müraciətləri və regional hadisələr, o cümlədən Ukrayna ilə Rusiya
arasındakı müharibə müzakirə edilib.

R.T.Ərdoğan İsveç və Finlandiyanın PKK/YPG terror təşkilatının
nəzarətində olan şəxslər və qondarma strukturlarla əlaqələrinin
böyük problem olduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, Ankara Finlandiya və İsveçin NATO
dəyərlərinə dəstək verəcəyinə və Türkiyənin qanuni maraqlarının
nəzərə alınacağına əmin olmalıdır.

R.T.Ərdoğan ictimaiyyətinin terrora dəstək verən ölkələrin
NATO-ya üzvlük müraciətinə ədalətli reaksiyasına məhəl qoyulmasının
yolverilməzliyinə də diqqət çəkib.

Teqlər: