Ərdoğan Türkiyə xarici işlər nazirinin Rusiya və Ukraynaya səfər edəcəyini açıqlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın iki gün
ərzində Rusiya və Ukraynaya səfər edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra
çıxışında bildirib.

“Bu gün mən xarici işlər nazirimizi Rusiyaya göndərirəm. Sabah
onun Moskvada danışıqları var, cümə axşamı isə o Ukraynaya
gedəcək”, – deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə dövlət başçısı polşalı həmkarı Anjey Dudanın martın
16-da Türkiyəyə səfər edəcəyini də açıqlayıb.

Teqlər: