Ərdoğan Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvlərini qəbul edib

Xəbər - Humay Ağacanova – Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri
Təşkilatı (TDT) Ağsaqqallar Şurası heyətini qəbul edib.

Trend– in məlumatına görə bu barədə məlumat
təşkilatın rəsmi “Twitter” səhifəsində paylaşılıb.

Bildirilib ki, İstanbulda baş tutan görüşdə Şuranın keçiriləcək
sayca 12-ci toplantısı və gündəmdə olan digər məsələlər müzakirə
olunub.

Görüş İstanbul şəhərindəki Vahidəddin köşkündə baş tutub.

Teqlər: