Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığında Ukrayna məsələsində gərginliyin azaldılması üçün addımlar atılması gərəkdiyini bildirib.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Ərdoğan xüsusilə Ukraynanın bəzi bölgələrinin Rusiyaya birləşdirilməsi prosesinin vəziyyəti daha da gərginləşdirəcəyini xatırladıb.
Eyni zamanda, Ərdoğan Putindən Ukrayna ilə danışıqların bərpası üçün “daha bir şans” tanımasını istəyib, bu məsələdə Türkiyənin vasitəçi olmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, sabah saat 15:00-da Böyük Kreml sarayında, Müqəddəs Georgi zalında Rusiya Federasiyasına yeni ərazilərin (Xerson və Zaporojye, o cümlədən “lxr” və “dxr”in) daxil olmasına dair müqavilələrin imzalanması mərasimi keçiriləcək.
Ötən gün Zelenskinin Ərdoğandan bu məsələ ilə bağlı Putinlə danışmağı xahiş etdiyi haqda informasiya yayılmışdı.