Ərdoğan təklif verdi, Putin razılaşdı

Ərdoğan təklif verdi, Putin razılaşdı

Vladimir Putinə Rusiya, Türkiyə və Suriya liderlərinin üçtərəfli görüşünün keçirilməsini təklif etmişəm.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hazırda gündəmdə olmayan, lakin sonradan baş verən proseslərə görə gündəmə gələ biləcək bir çox mövzular var. Biz Suriya-Türkiyə-Rusiya üçtərəfli birliyi olaraq hərəkət etmək istəyirik. Bunun üçün əvvəlcə kəşfiyyat orqanlarımız, sonra müdafiə nazirləri və xarici işlər nazirləri görüşməlidir. Bundan sonra lider olaraq bir araya gələ bilərik. Mən bunu artıq Putinə təklif etmişəm”, – Ərdoğan qeyd edib.

Türkiyə lideri onu da əlavə edib ki, Putin onun təklifinə müsbət reaksiya verib.

Teqlər: