Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini
təsdiq edib.
AzerTimes xəbər verir ki, bu
barədə “Anadolu” Agentliyi məlumat yayıb.
Bildirilir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatı Ağsaqallar
Şurasının üzvlərini qəbul edərkən Şuşa Bəyannaməsinin “Resmi
Gazete”də yayımlanaraq qüvvəyə minməsi üçün müvafiq qərarı
imzalayıb.
Xatırladaq ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi
Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.