Ərdoğan Stoltenberqlə Rusiyadakı gərginlikdən danışdı

Ərdoğan Stoltenberqlə Rusiyadakı gərginlikdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberq ilə iyunun 24-də Rusiyada baş verən hadisələri və İsveçin alyansa üzv olması imkanlarını müzakirə edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Rusiyadakı gərginliyin sona çatması Ukraynada geri dönməz humanitar fəlakətin qarşısını alıb.

Teqlər: