Ərdoğan Stoltenberqə xatırlatdı: Finlandiya və İsveç…

Ərdoğan Stoltenberqə xatırlatdı: Finlandiya və İsveç…

Türkiyənin Finlandiya və İsveçin NATO-ya qoşulma ərizələrini təsdiqləməsi onların Madrid memorandumu çərçivəsində terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirməsindən asılı olacaq.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.

Ərdoğan deyib ki, Türkiyə-İsveç-Finlandiya üçtərəfli memorandumuna dair ratifikasiya prosesinin sürəti bu ölkələrin atacağı müvafiq addımlarla müəyyənləşəcək.

Qeyd edək ki, Finlandiya və İsveçi NATO-ya qəbulu üçün Türkiyə üzvlük protokolunu ratifikasiya etməlidir.

Teqlər: