Ərdoğan Sərvərə mükafatını təqdim etdi – Foto

Ərdoğan Sərvərə mükafatını təqdim etdi – Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən azərbaycanlı Sərvər Bəşirli ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Bakı səfirliyinin kommunikasiyalar üzrə müşaviri Cahangir İşbilir X sosial şəbəkə hesabında paylaşım edib.

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən, Türkiyənin yaşadığı “əsrin fəlakəti”ndən dərhal sonra maşınına yüklədiyi yardımla Azərbaycanın paytaxtı Bakıdan yola düşən Sərvər Bəşirliyə mükafatını təqdim etdi”, – paylaşımda qeyd olunub.

Teqlər: