Ərdoğan seçkilərlə bağlı təlimat verdi

Ərdoğan seçkilərlə bağlı təlimat verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP rəsmilərinə seçkiyə hazırlıq təlimatı verib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, təlimat AKP-nin mərkəzi qərargahında Ərdoğanın da iştirak etdiyi toplantıda verilib.

Bildirilib ki, AKP heyətləri tərəfindən sosial siyasət, iqtisadiyyat, səhiyyə, təhsil, turizm, ətraf mühit kimi müxtəlif sahələrdə işçi qrupları formalaşdırılacaq. Hər işçi qrupuna müəyyən sahələr üzrə təcrübəli şəxslər rəhbərlik edəcək. Əldə edilən irəliləyişlər barədə Prezident Ərdoğana məlumat veriləcək.

Teqlər: