Ərdoğan Quterreşlə İsraildəki vəziyyəti müzakirə etdi

Ərdoğan Quterreşlə İsraildəki vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Söhbət zamanı İsrail-Fələstin münaqişəsi ilə bağlı atıla biləcək mümkün addımlar, Türkiyənin vasitəçiliyi ilə dinc sakinlərə humanitar yardımların çatdırılması məsələləri müzakirə edilib.

Ərdoğan qeyri-proporsional hücumların vəziyyəti daha da ağırlaşdıracağını bildirib və tərəflərin təmkinli davranmasının vacibliyini qeyd edib.

Teqlər: