Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Qətərin Əmiri
Şeyx Təmim bin Həməd Al Tanini qəbul edib.
Trend xəbər verir ki, Türkiyə lideri ali qonağı İstanbuldakı
“Vahdettin” iqamətgahının girişində şəxsən qarşılayıb.
Ərdoğan və Əl-Tani sarayda bir müddət söhbət edib, daha sonra
danışıqların rəsmi hissəsinə keçiblər.
Türkiyə və Qətər liderlərinin dialoqu mətbuata qapalı formatda
baş tutub.