Yeni Dehlidə 3 mərtəbəli binada baş verən yanğın nəticəsində 26 nəfər ölüb

Hindistanın paytaxtı Yeni Dehli şəhərində üç mərtəbəli ofis
binasında yanğın baş verib.

Trend “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki,
yanğın nəticəsində azı 26 nəfər həlak olub, 12 nəfər isə xəsarət
alıb.

Məlumata əsasən, yanğın binanın birinci mərtəbəsində başlayıb,
həmin zaman binanın daxilində 70 nəfər olub.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb
edilib.

Qeyd edilir ki, binanın sahibi polislər tərəfindən
saxlanılıb.