Ərdoğan: Qərblilər kimi bunu edə bilmərik!

Ərdoğan: Qərblilər kimi bunu edə bilmərik!

Qonşularımızda faciə yaşanırsa, biz qapı-pəncərəmizi bağlayıb “mənə nə?” deyə bilmərik.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

“Yüzillər boyu cahanda ədaləti bərqərar edən bir əcdadın nəvələri kimi “bizə nə Qüdsdən, Fələstindən, Türküstandan, Suriyadan, Yəməndən, İraqdan” deyə bilmərik. Xüsusən də qərblilər kimi, “mənə başqalarının ağrıları və göz yaşları əhəmiyyətli deyil” heç deyə bilmərik. Çünki biz tarixi, mədəniyyəti, dəyərləri ilə tanınmış böyük dövlətik. Biz vicdanı, mərhəməti ilə seçilən böyük bir xalqın övladlarıyıq”.

Teqlər: