Ərdoğan Putinlə yenidən danışacaq

Ərdoğan Putinlə yenidən danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır və onun Zaporojye AES-dəki vəziyyəti və Ukrayna böhranını müzakirə edəcəyi gözlənilir.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” diplomatik mənbəyə istinadla məlumat yayıb.

“Ərdoğan Putinlə Lvovda Zelenski və BMT baş katibi Antonio Quterreşlə keçirdiyi danışıqların nəticələrini müzakirə etmək, habelə Rusiya liderindən Zaporojye AES-də vəziyyətin tənzimlənməsi üçün konkret tədbirlər görməyi xahiş etmək niyyətindədir. Türkiyə bu məsələdə öz vicdanlı vasitəçilik rolunu oynamaqda davam edir, çünki bu münaqişədə hər iki tərəfin etimadını qazanan yeganə ölkədir”, – mənbə bildirib.

Teqlər: