Ərdoğan Putinlə telefon danışığı apardı

Ərdoğan Putinlə telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Liderlər Rusiya – Ukrayna müharibəsi ilə bağlı son vəziyyəti müzakirə ediblər.

Türkiyə Prezidenti Rusiya gübrəsinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində işlərin davam etdirildiyini bildirib.

Ərdoğan daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu, Rusiyadan bu prosesi asanlaşdıracaq addımlar atmasının gözlənildiyini bildirib.

Teqlər: