Ərdoğan Putinlə danışıqlar aparacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı
Vladimir Putinlə danışıqlar aparacaq.

Trend-in
məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim
Kalın TRT telekanalına müshaibəsində deyib.

O bildirib ki, telefon danışığının martın 6-da keçirilməsi
nəzərdə tutulub.


İ.Kalın əlavə edib ki, Türkiyə və Rusiya nümayəndələri arasında
müxtəlif səviyyələrdə danışıqlar davam edir.