Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Tərəflər Suriyadakı vəziyyətlə yanaşı, Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələləri müzakirə edib.
Ərdoğan bəyan edib ki, BMT-nin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlər yaratmaq planına uyğun hərəkət etməyin vaxtı çatıb.