138-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

138-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 138-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 243 təyyarəsi, 137 helikopteri, 1506 PUA-sı, 354 zenit-raket kompleksi, 4020 tank və digər zirehli texnikası, 741 reaktiv yaylım atəş sistemi, 3132 artilleriya və minaatanı, 4149 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: