Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna
həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə telefon
danışıqlarının müsbət istiqamətdə inkişaf etdiyini bildirib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə prezidenti ölkənin Nazirlər
Kabinetinin iclasından sonra çıxışında deyib.
Türkiyə dövlət başçısı onu da bildirib ki, sabah İstanbulda
keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarından əvvəl
Türkiyə tərəfi nümayəndə heyətlərinin üzvləri ilə qısa görüş
keçirəcək.