Ərdoğan, Putin və Rəisi görüşünün mühüm nəticəsi

Ərdoğan, Putin və Rəisi görüşünün mühüm nəticəsi

Rusiya, Türkiyə və İran prezidentlərinin Tehranda baş tutan 19 iyun sammitinin mühüm nəticəsi Suriyada status-kvonun saxlanmasına dair razılaşmadır.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru, Yeni Avrasiya Fondunun prezidenti Andrey Kortunov RİA-ya bildirib.

“Onlar Suriya böhranının nizamlanması üçün Astana formatının aktuallığını vurğulayıblar və Putinin dəvəti ilə növbəti dəfə Rusiyada görüşmək barədə razılığa gəliblər. Biz bu sammitin bütün detallarını bilməyəcəyik, lakin buna baxmayaraq, görüş faktı, “Suriya portfeli” ilə bağlı razılaşmaların mövcudluğu müsbət məqamdır. Bu, maraqlı formatdır, onun iştirakçılarının maraqları müəyyən mənada üst-üstə düşür, fikir ayrılığı da var, lakin buna baxmayaraq, onlar Suriyada status-kvonun saxlanması ilə bağlı razılığa gələ biliblər”, – Kortunov bildirib.

Teqlər: