Ərdoğan Paşinyanı xüsusi salamladı – Simonyan

Ərdoğan Paşinyanı xüsusi salamladı – Simonyan

Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri zamanı rəsmi görüş olmasa da, kifayət qədər yaxşı keçdi.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Baş nazir həm türk siyasətçilərin, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi və səfər, demək olar ki, bu tədbirin əsas hadisələrindən birinə çevrildi. Prezident Ərdoğanın ön cərgədə qonaqları salamladıqdan sonra ikinci sırada əyləşən Ermənistan baş nazirinə xüsusi tərzdə yaxınlaşaraq onu məxsusi qarşılamasından bəzi həmkarlar əsəbiləşib. Adının çəkilməməsinə gəlincə, baş nazirin adı çəkildi, video materialda da var. Ümumiyyətlə, səfəri kifayət qədər müsbət qiymətləndirirəm”, – Simonyan bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də keçirilən andiçmə mərasimində Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak etmişdi.

Teqlər: