Ərdoğan özü Rusiyaya gedir, Fidanı Ukraynaya göndərir

Ərdoğan özü Rusiyaya gedir, Fidanı Ukraynaya göndərir

Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 25-də Ukraynaya gedəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, o, həmkarı Dmitro Kuleba ilə görüşəcək.

Nazirlərin Ukraynadakı müharibəni, o cümlədən taxıl sazişinin perspektivini müzakirə edəcəkləri gözlənilir.

H.Fidanın yaxın günlərdə Rusiyaya gedəcəyi də proqnozlaşdırılır.

Qeyd edək ki, Türkiyə mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Rusiyaya səfər edəcəyini və Vladimir Putinlə taxıl sazişini müzakirə edəcəyini bildirib.

Teqlər: