Ərdoğan onu andiçmə mərasiminə dəvət etdi

Ərdoğan onu andiçmə mərasiminə dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Orbanın mətbuat katibi Bertalan Xavaşi məlumat verib.

Seçkilərdəki qələbə münasibətilə Ərdoğanı təbrik edən Orban Türkiyənin sabitliyinin bütün Avropa üçün yaxşı xəbər olduğunu vurğulayıb.

Ərdoğan da öz növbəsində Orbanı andiçmə mərasiminə dəvət edib və Macarıstanın hökumət başçısı bunu məmnunluqla qəbul edib.

Teqlər: