Türkiyədə baş verən zəlzələdə 912 nəfər həyatını itirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ötən əsrdə yaşadığımız 1939-cu il Ərzincan zəlzələsindən sonra ən böyük fəlakətlə sarsıldıq. Hadisə zamanı 5385 vətəndaşımız xəsarət alıb. Dağıntılar altından isə 2470 nəfər xilas edilib”, – Ərdoğan bildirib.