Türkiyənin Şırnak bölgəsində ehtiyatı 150 milyon barrel olan neft yatağı tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“Biz Qabar dağının ətrafında 150 milyon barrel xalis neft ehtiyatı aşkar etmişik. Bu, 2022-ci ildə aşkar edilən 10 ən böyük quru yatağından biridir. Ehtiyatların dəyəri təxminən 12 milyard dollardır”, – Ərdoğan qeyd edib.