Ərdoğan Liviyaya başsağlığı verdi

Ərdoğan Liviyaya başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi ilə telefon danışığı aparıb, sel fəlakəti ilə əlaqədar ona başsağlığı verib.

AzerTimes xəbər verir ki, söhbət zamanı Ərdoğan fəlakətlə bağlı kədərini ifadə edib, yaralananlara tezliklə sağalma diləyib.

Ərdoğan Türkiyənin fəlakətlə mübarizədə dost və qardaş Liviya xalqının hər zaman yanında olduğunu, yardımların davam edəcəyini bildirib.

Teqlər: