Ərdoğan İstanbul prosesini Ukraynada sülhə aparan ən qısa yol adlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Niderlandın Baş
naziri Mark Rutte arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident
Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı regional məsələlər,
xüsusilə Ukraynadakı hadisələr, eləcə də Türkiyə-Niderland
münasibətləri müzakirə edilib.

R.T.Ərdoğan Ukraynada gərginliyin aradan qaldırılması
istiqamətində göstərilən səylərdə İstanbul danışıqlar prosesisin ən
etibarlı və qısa çıxış yolu xüsusiyyətini hələ də qoruduğunu
vurğulayıb.

Başda humanitar dəhlizlərlə bağlı həm Rusiya, həm də Ukrayna
səlahiyyətliləri ilə danışıqlarını davam etdirdiklərini bildirən
Prezident Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında qarşıdurmanın
dayandırılması və bu böhranın qlobal təsirlərinin azaldılması üçün
atılacaq addımlarla bağlı səyləri davam etdirməyin faydalı olduğunu
vurğulayıb.