Ərdoğan İlham Əliyevlə danışdı

Ərdoğan İlham Əliyevlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Ərdoğan İlham Əliyevdən Azərbaycanın keçirdiyi antiterror tədbirlərdən sonra son vəziyyət ilə bağlı məlumat alıb.

Prezident Ərdoğan danışıq zamanı Türkiyənin Azərbaycana hərtərəfli dəstəyini bir daha ifadə edib.

Eyni zamanda, liderlər iki ölkəni yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Teqlər: