Ərdoğan Hindistana başsağlığı verdi

Ərdoğan Hindistana başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda baş verən qatar qəzası ilə bağlı başsağlığı verib.

AzerTimes xəbər verir ki, prezident bu barədə Tvitter hesabında paylaşım edib.

“Hindistanın Odişa əyalətində baş verən qatar qəzasında həyatını itirənlərin ailələrinə, Hindistan xalqına və hökumətinə öz adımdan və millətim adından başsağlığı verir, yaralılara şəfalar diləyirəm. Türkiyə olaraq yaraların sağalması üçün Hindistanın yanındayıq”, – paylaşımda qeyd edilib.

Qeyd edək ki, iyunun 2-də Hindistanın Odişa ştatında sərnişin və yük qatarı toqquşub. Qəzada 288 nəfər ölüb, 900-dən çox insan yaralanıb.

Teqlər: