Ərdoğan hər şeyi aldı, indi də… – Klimov

Ərdoğan hər şeyi aldı, indi də… – Klimov

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən fərmanı imzalayana qədər “bazarlıq” edə və divident ala bilər.

AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsinin sədr müavini Andrey Klimov deyib.

“Türklərin qanunu var ki, Ərdoğan sənədləri imzalamalıdır. Yalnız bundan sonra TBMM-nin qərarı qüvvəyə minəcək. Düşünürəm ki, yenə də “bazarlıq” edəcəklər”, – o bildirib.

Klimov qeyd edib ki, türklər həmişə öz milli maraqları üçün çalışırlar:

“Onlar başa düşdü ki, NATO Finlandiya və İsveçlə bağlı qərara görə tələyə düşüb. Türklərin İsveçə çoxlu sualları var idi, lakin getdikcə Vaşinqtona daha çox sualları yaranırdı. Beləliklə, türklər dividendlər əldə etmək üçün Vaşinqtonu əllərindən gəldiyi qədər sıxdılar. Bir çox NATO ölkəsi sadəcə olaraq səs verdi, vəssalam, lakin türklər bacardıqları hər şeyi aldılar”.

Teqlər: