Ərdoğan Hakan Fidanı təltif etdi

Ərdoğan Hakan Fidanı təltif etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli İstihbarat Təşkilatındakı 13 illik fəaliyyətlərinə görə Milli Təhlükəsizlik Şurasının iclasında xarici işlər naziri Hakan Fidana “Dövlətdə ali xidmət medalı” təqdim edib.

AzerTimes xəbər verir ki, ölkənin hazırki XİN rəhbəri Hakan Fidan medalı şəhid dostlarının adından aldığını bildirib.

“Mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram”, – H.Fidan vurğulayıb.

Teqlər: