BƏƏ lideri Putin və Zelenskini görüşdürmək istəyir

BƏƏ lideri Putin və Zelenskini görüşdürmək istəyir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan BMT-nin Dubayda keçirilməsi nəzərdə tutulan COP28 iqlim konfransında Rusiya və Ukrayna prezidentlərini bir araya gətirmək istəyir.

AzerTimes xəbər verir ki, bu barədə Livanın fransızdilli qəzeti “L’Orient-Le Jour” Qərb və Ərəb diplomatlarının eksküliziv məlumatlarına istinadən məqalə yayımlayıb.

Bildirilir ki, hələ Putin və Zelenskinin konfransda iştirak edib-etməyəcəyi həmçinin, dəvət olunub-olunmaması haqda məlumat yoxdur.

Nəşrin yazdığına görə, BƏƏ prezidenti bu plan haqda ABŞ Prezidenti Co Baydenə də məlumat verib. Bayden də bunu bəyənib və görüşün həyata keçirilməsi üçün lazımi yardımı göstərmək istəyib.

Qeyd edək ki, BMT-nin iqlim məsələləri ilə bağlı COP28 konfransı 30 noyabrdan 12 dekabra qədər keçiriləcək.

Teqlər: