Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Finlandiya Prezidenti
Sauli Niinistö arasında telefon danışığı olub.
Trend xəbər verir ki, telefon danışığı zamanı tərəflər
ikitərəfli əlaqələri və Helsinkinin NATO-ya üzvlüklə bağlı
müraciətini müzakirə ediblər.
R.T.Ərdoğan vurğulayıb ki, NATO üzrə müttəfiqlər üçün təhlükə
yaradan terror təşkilatlarına məhəl qoymamaq dostluq və tərəfdaşlıq
ruhuna ziddir.
Türkiyə lideri ölkəsinin milli təhlükəsizliyinə və əhalisinə
açıq təhdidlərə qarşı qətiyyətli və qanuni mübarizəsinə hörmət
etməyə çağırıb.
Onun sözlərinə görə, Ankaranın bu məsələdə dəstək gözləməyə
haqqı var.