Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbasla telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə lideri, Cenin hücumunda həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib.
Bundan başqa, Ərdoğan Türkiyənin Məscidül-Əqsanın mənəviyyatına və statusuna xələl gətirə biləcək addımların qarşısında olacağını və Fələstin davasına dəstəyini davam etdirəcəyini bildirib.