Ərdoğan ermənini susdurdu

Ərdoğan ermənini susdurdu

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbulda keçirilən zirvə toplantısında Ermənistan xarici işlər nazirinin köməkçisi Aşot Hovakimyanın çıxışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hiddətləndirib. Toplantının açılışında qonaq dövlətlərin təmsilçiləri bir-bir çıxış ediblər. Aşot Hovakimiyan çıxışına Azərbaycanı ittiham etməklə başlayıb.

Erməni nümayəndə çıxışının demək olar ki, hamısını Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanı ittiham etməyə ayırıb. “QDİƏT siyasi ittiham üçün yer deyil”, deyib.

Toplantıya rəhbərlik edən Ərdoğanın cavabı gecikməyib. “Burada ittihamları heç bir nümayəndə səsləndirmədi. Siz çıxışınızı tamamilə siyasi qiymətləndirməyə, ittihamlara ayırdınız. Biz bura iqtisadiyyatdan danışmaq üçün toplanmışıq”.

Türkiyə prezidenti Rusiyanın baş naziri Dmitri Medvedevə işarə edərək mübahisənin Minks qrupunun həmsədrlərinin səlahiyyətində olduğunu xatırladıb. “Bu işin nəticəyə çatdırılmasında böyük fayda var”.