Ərdoğan Dəniz Baykalın ailəsini ziyarət etdi

Ərdoğan Dəniz Baykalın ailəsini ziyarət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan CHP-nin sabiq sədri, tanınmış siyasətçi Dəniz Baykalın vəfatı ilə əlaqədar ailəsini ziyarət edib.

AzerTimes xəbər verir ki, Ərdoğan və xanımı mərhum siyasətçinin həyat yoldaşı Olcay və qızı Əsli Baykala başsağlığı verib.

Qeyd edək ki, fevralın 11-də Türkiyənin tanınmış siyasətçisi və dövlət xadimi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykal 84 yaşında infarkt nəticəsində vəfat edib.

Teqlər: