Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə, Əl-Bayt arenasında futbol üzrə XXII dünya çempionatının açılış mərasimini izləyib.
AzerTimes xəbər verir ki, mərasimdə Ərdoğanla yanaşı Qətər əmiri Şeyx Təmim bin Hamad əs-Sani və digər dövlət, hökumət rəhbərləri iştirak edib.
Qətər-Ekvador matçını izləyən Ərdoğan BMT Baş katibi Antonio Quterreşlə qısa müddətli söhbət edib.
Bundan əlavə, türk liderlə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında da dialoq baş tutub.