Belarus Ukrayna ilə sərhədi gücləndirir

Belarus Ukrayna ilə sərhədi gücləndirir

Belarus Daxili İşlər Nazirliyi Ukrayna ilə sərhəddə əməkdaşlarının sayını artırıb.

AzerTimes xəbər verir ki, bunu CTV kanalına müsahibəsində respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri İvan Kubrakov deyib.

“Sərhəddə polis əməkdaşlarının xidmətinə gəlincə, bu, yeni iş deyil, biz bunu dəfələrlə etmişik. Bu gün biz, əlbəttə ki, Ukrayna ilə sərhədi xüsusilə gücləndirmişik”, – nazir bildirib.

Kubrakov əlavə edib ki, Belarus Daxili İşlər Nazirliyi xaricdən ölkəyə soxulmağa cəhd edəcək terrorçuların məhv edilməsi ilə bağlı birmənalı tapşırıq alıb:

“Vəzifə açıq şəkildə qarşıya qoyulub: əgər kimsə Belarusun ərazisində xüsusilə terror aktları törətməyə cəhd edərsə, əvvəllər dediyim kimi, bu cinayətkarlar məhv ediləcək. Və digər variantlar ola bilməz. İdarənin əməkdaşları ölkədə keçiriləcək seçki zamanı təhlükəsizliyi təmin etməyə hazırdırlar. Seçki məntəqəsindən başlayaraq, bütün bu kampaniyalar boyu təhlükəsizliklə bitənədək, əlbəttə ki, biz hazırıq. Bu prosesdə bütün iştirakçıların təhlükəsizliyi təmin olunub”.

Teqlər: