Bu gün beynəlxalq sistem dünya problemlərinin həllinə töhfə verəcək durumda deyil.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Prezident Ərdoğan da “Dünya beşdən böyükdür”, “Daha ədalətli dünya mümkündür” deyəndə bunu izah etməyə çalışırdı. Dolayısıyla, beynəlxalq sistemin zəif olduğu dönəmlərdə problemlərin həllində önə çıxan fiqurlar var. Bunların da önündə Türkiyə gəlir”, – deyə XİN rəhbəri bildirib.