Ərdoğan “cibi güclü” ölkələri Qəzzaya köməyə çağırdı

Ərdoğan “cibi güclü” ölkələri Qəzzaya köməyə çağırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “cibi güclü” ölkələri Qəzzanın yenidən qurulması fonduna kömək etməyə çağırıb.

AzerTimes xəbər verir ki, o, bu barədə Əlcəzairdə keçirilən biznes forumunda çıxışı zamanı deyib.

“Qəzzanı bərpa etmək üçün əlimizdən gələni edəcəyik. Bəli, mən də “cibi güclülərə” müraciət edirəm, onlar da əllərini ciblərinə salıb Qəzzaya kömək etsinlər. Biz yaradılmış fonda lazımi dəstəyi verdik, bunu Ər-Riyaddakı konfransda birlikdə səsləndirdik, orada da lazımi dəstəyi verməliyik. Davamlı işğal, torpaqlara qəsb etmək və məzlumların kütləvi şəkildə qətli ilə böyüyən İsrail dövlətinin Qəzzanı viranə hala salmaq üçün yürütdüyü siyasətə dözə bilmərik və dözməyəcəyik”, – o bildirib.

Teqlər: