Ərdoğan Budapeştə 8 nazirlə gedir: 16 saziş olacaq

Ərdoğan Budapeştə 8 nazirlə gedir: 16 saziş olacaq

Ankara və Budapeşt Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstana səfəri çərçivəsində iqtisadiyyat, ticarət, müdafiə sənayesi, enerji və mədəniyyət sahələrində müxtəlif sazişlər imzalayacaqlar.

AzerTimes xəbər verir ki, bu barədə “Axşam” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

“Bütün nazirliklər Macarıstan ilə çox sıx əməkdaşlıq edir. Prezident Ərdoğanı səkkiz nazir müşayiət edəcək. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə 16 sənədin imzalanması gözlənilir”, – məlumatda bildirilib.

Qeyd edək ki, Ərdoğanın Macarıstana bu gün səfər edəcəyi gözlənilir.

Teqlər: