Ərdoğan Brüssel görüşündə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Brüsseldə
Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və
Ermənistanın baş naziri arasında keçirilən görüşdə əldə olunan
müsbət nəticələri yüksək qiymətləndirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə lideri Azərbaycan
Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
mayın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğana zəng edib.

Teqlər: